Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
“Arsenal” “Atletiko” nun baş məşqçisi Dieqo Simeoneni azarkeşlərdən qorumayacaq - İdman və Biz

“Arsenal” “Atletiko” nun baş məşqçisi Dieqo Simeoneni azarkeşlərdən qorumayacaq

Xəbərlər
20 Oktyabr 2025 23:40
29
“Arsenal” “Atletiko” nun baş məşqçisi Dieqo Simeoneni azarkeşlərdən qorumayacaq

“Arsenal” rəhbərliyi Çempionlar Liqasının 3-cü turunda “Atletiko Madrid”lə keçiriləcək oyunda ehtiyat oyunçular skamyasına qonaq olan baş məşqçi Dieqo Simeonenin təhlükəsizliyinin təminatı üçün əlavə stüardlar cəlb etmək fikrində deyil.

İdman.Biz-in The Sun-a istinadla verdiyi xəbərə görə, “Arsenal” rəhbərliyinin fikrincə, “doğma azarkeşlər çətin ki, argentinalı baş məşqçini “Liverpul” azarkeşləri kimi lağa qoysunlar”.

London klubunun ev stadionu olan “Emirates”də ev və səfər tribunaları elə yerləşdirilib ki, məşqçilər “Enfild”lə müqayisədə azarkeşlərdən daha uzaq olsunlar.

Simeone Çempionlar Liqasının 1-ci turunun matçında “Liverpul” azarkeşləri ilə toqquşmasına görə diskvalifikasiya edilib. Buna görə də o, “Emirates”dəki texniki sahəsinə qayıdacaq.

Çempionlar Liqasında iki oyundan sonra “Arsenal”ın altı xalı var və turnir cədvəlində beşinci yerdədir. “Atletiko Madrid”in 3 xalı var və 10-cu yerdə qərarlaşıb.

İdman.Biz