Hansi Flik: “Barselona” məni tamamilə dəyişdi”

Xəbərlər
20 Oktyabr 2025 19:47
31
Hansi Flik: “Barselona” məni tamamilə dəyişdi”

Hans-Diter Flik emosional davranışından danışıb.

İdman.Biz bildirir ki, “Barselona”nın baş məşqçisi “Jirona”ya ilə oyunun sonunda qırmızı vərəqə alıb.

Flik Kataloniya klubunun onu daha emosional etdiyini deyib.

“Yadımdadır, “Bavariya”nı çalışdırarkən “Barselona”nı 8:2 hesabı ilə məğlub etdik, amma 8 qol vurduqdan sonra da gülümsəmədim. İndi mən daha emosionalam – bu klub məni tamamilə dəyişdi.

Bir şeyi deyə bilərəm: mən bu klubu sevirəm, “Barselona”nı sevirəm, yerliləri sevirəm – bu inanılmazdır. Və bu kluba hər şeyimi verirəm. Mən bu klub üçün yaşayıram.

Düzü, özümü televizorda görməyi sevmirəm, nəvəmin də məni belə görməsini xoşlamıram. Bəlkə də davranışımı yenidən nəzərdən keçirməliyəm”, - “Barselona”nın baş məşqçisi deyib.

İdman.Biz