“Bayer Leverkuzen” 7 qol vurulan oyunda “Mayns”ı məğlub edib - VİDEO

Xəbərlər
18 Oktyabr 2025 20:17
35
“Bayer Leverkuzen” 7 qol vurulan oyunda “Mayns”ı məğlub edib - VİDEO

Almaniya Bundesliqasında 7-ci turda “Maynts” “Bayer”lə qarşılaşıb.

İdman.Biz bildirir ki, oyunda “Bayer” 4-3 hesabı ilə qalib gəlib.

11-ci dəqiqədə Alexandro Qrimaldo penaltini dəqiq yerinə yetirərək qonaqları önə keçirib, 24-cü dəqiqədə isə Kristian Kofane hesab arasındakı fərqi iki topa çatdırıb. Meydan sahiblərinin heyətində 34-cü dəqiqədə Li Ce Son fərqlənib. 45+3-cü dəqiqərdə Qrimaldo dubl edib.

71-ci dəqiqədə Nadim Amiri “Maynts”ın ikinci qolunu vurub. “Bayer”in heyətində 87-ci dəqiqədə Martin Terye fərqlənib. Meydan sahiblərinin 3-cü qolunu 90-cı dəqiqədə Armindo Zib vurub.

Bu oyundan sonra “Maynts” dörd xalla turnir cədvəlində 16-cı, “Bayer” isə 14 xalla beşinci yerdədir.

Növbəti turda “Maynts” oktyabrın 26-da səfərdə “Ştutqart”la, “Bayer” isə həmin gün evdə “Frayburq”la qarşılaşacaq.

İdman.Biz