“Liverpul” sponsorundan rekord məbləğ almağa hazırlaşır

Xəbərlər
16 Oktyabr 2025 00:06
43
“Liverpul” sponsorundan rekord məbləğ almağa hazırlaşır

“Liverpul” İngiltərə Premyer Liqası tarixində rekord məbləğdə sponsorluq müqaviləsi imzalamağa hazırlaşır.

Bu barədə İdman.Biz “Sun Sport”a istinadən bildirir.

Mənbənin məlumatına görə, klub formada loqotip yerləşdirmək üçün ildə 70 milyon funt-sterlinq qazanmağı hədəfləyir.

“Liverpul”un hazırkı sponsoru “Standard Chartered” ilə 2027-ci ilin yayına qədər müqavilə bağlanıb, lakin tərəflər artıq danışıqlar aparır və tezliklə yeni razılığa gələ bilərlər.

İdman.Biz