Sisse Ekitike barədə: “Onun bu qədər sürətli olacağını gözləmirdim”

Xəbərlər
15 Oktyabr 2025 21:25
27
Sisse Ekitike barədə: “Onun bu qədər sürətli olacağını gözləmirdim”

“Liverpul”un və Fransa yığmasının sabiq hücumçusu Cibril Sisse 23 yaşlı hücumçu Uqo Ekitike haqda danışıb.

İdman.Biz bildirir ki, Ekitike 2025-ci ilin yayında 75 milyon avroya “Ayntraxt Frankfurt”dan “Liverpul”a keçib. Bu mövsüm o, klubun heyətində bütün turnirlərdə 10 oyuna çıxıb, 5 qol vurub və bir məhsuldar ötürmə edib.

“O, qollar vurur. O, qol vurmağı bacarır. Ekitike bunu Almaniyada və “Liverpul”a keçəndə göstərdi. Onun çox oynamayacağından bir az narahat idim, amma yanıldım. O oynayır, hər şey də yaxşıdır. Uqo Salah və İsaka çoxlu seçimlər təqdim edir. O, həqiqətən yaxşı oyunçudur. Onu Fransadan tanıyıram. Onun potensialı olduğunu bildirdim, amma düzünə qalsa, bu qədər yaxşı, sürətli olacağını gözləmirdim”, - Sisse deyib.

İdman.Biz

Məqalədə: