“Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter DÇ-2026-ya vəsiqə qazana bilməyən İsveç millisini idarə etməyə hazır olduğunu bildirib.
İdman.Biz bildirir ki, İsveç Futbol Assosiasiyası millinin baş məşqçisi Yon Dal Tomassonu dünən istefaya göndərib. Səbəb komandanın DÇ-2026-nın seçmə oyunların zəif çıxışıdır.
“Əgər kömək edə bilsəm, bütün variantlara açığam. İsveç millisinin baş məşqçisi kimi işləmək fantastik olardı. İsveçi sevirəm. Bu ölkəni və onun futbolunu sevirəm. İsveç futboluna çox şey borcluyam. Mənim üçün bu, fantastik seçim olardı”, - Potter “Fotbollskanalen”ə müsahibəsində deyib.
Qrem Potter 2011-ci ildən 2018-ci ilə qədər “Estersund” klubunun baş məqçisi olub və İsveç Kubokunu qazanıb.