Premyer Liqa hakimi uşaqla bağlı əxlaqsız video hazırladığını etiraf edib

Xəbərlər
14 Oktyabr 2025 18:40
36
Premyer Liqa hakimi uşaqla bağlı əxlaqsız video hazırladığını etiraf edib

İngiltərə Premyer Liqasının sabiq hakimi Devid Kut uşaqla bağlı qeyri-etik video hazırladığına görə günahını etiraf edib.

O, məhkəmədə uşağın adını təsdiqləyib və günahkar olduğunu bildirib.

Məhkəmə onu şərti zaminə buraxıb. Hökm 11 dekabrda elan olunacaq.

2024-cü ilin dekabrında İngiltərənin hakimlər orqanı PGMOL 43 yaşlı hakimi istefaya göndərib. UEFA onu növbəti ilin iyun ayına qədər bütün futbol fəaliyyətlərindən uzaqlaşdırıb.

Kut İngiltərədə 100-dən çox matçda hakimlik edib.

İdman.Biz