Baş məşqçi: “Keyn oynamağa hazırdır”

Xəbərlər
14 Oktyabr 2025 04:02
31
Baş məşqçi: “Keyn oynamağa hazırdır”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel DÇ-2026-nın seçmə mərhələsinin 8-ci turunda Latviya ilə keçirəcəkləri oyun öncəsi hücumçular Harri Keyn və Olli Uotkinsin hazırlığını şərh edib.

İdman.Biz bildirir ki, K qrupunun Latviya - İngiltərə oyunu oktyabrın 14-də keçiriləcək.

“Harrinin vəziyyətində hər şey sadədir. O, oynamağa qadirdir, biz hər şeyi düzgün etmişik. O, əla məşq edir. Onun 90 dəqiqə oynaya bilməməsi üçün heç bir səbəb görmürəm, ona mane olan heç bir şey yoxdur.

Təəssüf ki, Olli millinin düşərgəsini tərk etdi. O, çox ağrıyırdı və bizimlə məşqlərə davam edə bilmirdi. O, klubda sağalır”, - Sky Sports Tuhelin sözlərindən sitat gətirir.

İdman.Biz