2026-cı il dünya çempionatının seçmə mərhələsinin 7-ci turunda Estoniya və İtaliya qarşılaşıblar.
İdman.Biz bildirir ki, qarşılaşma Tallində baş tutub.
Moyze Kin 5-ci dəqiqədə İtaliyanı önə keçirib, 38-ci dəqiqədə isə Mateo Retegi hesab arasındakı fərqi artırıb.
Qonaqların 3-cü qolunu 74-cü dəqiqədə Françesko Esposito vurub. 76-cı dəqiqədə estoniyalı Rauno Sappinen oyunun yekun nəticəsini müəyəyn edib – 1:3.
Bu oyundan sonra Estoniya üç xalla I qrupunda dördüncü, İtaliya isə 12 xalla ikincidir.
Növbəti turda Estoniya oktyabrın 14-də Moldovanı qəbul edəcək, İtaliya isə həmin gün öz meydanında İsraillə qarşılaşacaq.