“Nottingem” bir ay əvvəl təyin olunmuş Postekoğlunu qova bilər

Xəbərlər
12 Oktyabr 2025 00:41
27
“Nottingem” bir ay əvvəl təyin olunmuş Postekoğlunu qova bilər

“Nottingem Forest”in sahibi Evangelos Marinakis baş məşqçi Angelos Postekoglounu istefaya göndərməyi düşünür.

İdman.Biz bildirir ki, bu barədə “The Telegraph” yazır.

O, sentyabrın 9-dan Nunu Espiritu Santunu əvəzləyərək komandaya rəhbərlik edir. “Nottingem Forest” avstraliyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi yeddi matçda iki dəfə heç-heçə edib, beşində isə uduzub.

Mənbənin məlumatına görə, son iş yeri “Everton”da olan Şon Dayş “Nottingem”in yeni baş məşqçisi olmağa əsas namizəddir. “Fulhem”dən Marko Silva və “Brondbyu”dən Stiv Kuper də iddialılar arasındadır.

Qeyd olunur ki, Postekoğlunun hazırkı komandası ilə taleyini oktyabrın 18-də Premyer Liqada “Çelsi” ilə keçiriləcək oyun həll edə bilər.

İdman.Biz