Fransa Liqa 1-də çıxış edən “Monako” klubu 38 yaşlı Belçika millisinin sabiq futbolçusu Sebastien Pokonyolinin baş məşqçi təyin olunduğunu açıqlayıb.
İdman.Biz bildirir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belçikalı məşqçi klubdan oktyabrın 10-da ayrılan avstriyalı Adi Hütteri əvəzləyib. Pokonyoli bir oyunçu kimi “Genk”, “AZ Alkmaar”, “Standard Lyej”, “Hannover”, “Vest Bromviç”, “Brayton” və “Yunion”da çıxış edib.
Keçmiş müdafiəçi məşqçilik karyerasına 2021-ci ildə “Yunion”un gənclər komandasında başlayıb. Daha sonra “Genk”in gənclər komandalarını və Belçika U-18 milli komandasını çalışdırıb. 2024-cü ilin yayından bəri Poconyoli “Yunion”un əsas komandasının baş məşqçisi vəzifəsində çalışırdı.