Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması 2027-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda səfərdə Çexiya yığması ilə qarşılaşacaq.
Oyunu şimali makedoniyalı FIFA referisi Yovan Kaçevski idarə edəcək. Matç Karvina şəhər stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Hazırda B qrupunda Portuqaliya millisi altı xalla liderdir. Eyni xala malik Çexiya ikinci pillədə qərarlaşıb. Bolqarıstan dörd xalla üçüncü, Şotlandiya üç xalla dördüncüdür. Bir xala malik Azərbaycan beşinci, xalı olmayan Cəbəllütariq isə sonuncu - altıncı pillədədir.
Qeyd edək ki, U-21 seçmə mərhələdə daha əvvəl keçirdiyi görüşlərdə səfərdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub, Bakıda isə Bolqarıstanla heç-heçə edib - 1:1.