DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Portuqaliya - İrlandiya matçı başa çatıb.
İdman.Biz bildirir ki, qarşılaşma Lissabondakı “Estadio Jose Alvalade” stadionunda baş tutub.
75-ci dəqiqədə Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo penaltini yerinə yetirə bilməyib. Hücumçunun zərbəsini qapıçı Kivin Kelleher ayağı ilə dəf edib. Oyunda yeganə qolu 90+1-ci dəqiqədə yarımmüdafiəçi Ruben Neveş vurub.
Portuqaliya üç oyundan doqquz xalla F qrupunda birincidir. İrlandiya cəmi bir xalla dördüncü yerdə qalır.
Oktyabrın 14-də Portuqaliya Macarıstanı qəbul edəcək. Həmin gün İrlandiya öz meydanında Ermənistanla qarşılaşacaq.