Nigeriya millisinin təyyarəsi Anqolanın paytaxtı Luandaya məcburi eniş edib.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Ojora Babatunde özünün X sosial media hesabında məlumat verib.
Nigeriya komandasının təyyarəsi Cənubi Afrikanın Polokvane şəhərindən havaya qalxıb. Təyyarənin son təyinat məntəqəsi Nigeriyanın Uyo şəhəri olub.
Layner yanacaq doldurmaq üçün Anqolaya enib, bundan sonra oyunçuların vətəninə yola düşüb, lakin 25 dəqiqə sonra yenidən Luandaya qayıdıb. Buna səbəb laynerin ön şüşəsindəki ciddi çatlar olub.
Təyyarədə olan oyunçular, rəsmilər və hökumət nümayəndələri təyyarəni tərk ediblər və aviaşirkətin vəziyyətə reaksiyasını gözləyirlər.