İspaniya iki qolla Gürcüstan millisini məyus edib - VİDEO

Xəbərlər
12 Oktyabr 2025 00:53
39
İspaniya iki qolla Gürcüstan millisini məyus edib - VİDEO

DÇ-2026-nın seçmə mərhələsinin qrup mərhələsinin üçüncü turunun İspaniya - Gürcüstan matçı başa çatıb.

İdman.Biz bildirir ki, qarşılaşma İspaniyanın Elçe şəhərindəki “Manuel Martines Valero” stadionunda baş tutub.

24-cü dəqiqədə Yeremi Pino hesabı açaraq İspaniyanı önə keçirib. 29-cu dəqiqədə Giorgi Mamardaşvilinin dəf etdiyi penaltini Ferran Torres yerinə yetirə bilməyib. 64-cü dəqiqədə Mikel Oyarsabal ispanların ikinci qolunu vurub – 2:0.

Bu oyundan sonra İspaniya doqquz xalla E qrupuna başçılıq edir, Gürcüstan isə üç xalla üçüncü yerdədir.

Növbəti turda İspaniya oktyabrın 14-də Bolqarıstanı qəbul edəcək, Gürcüstan isə həmin gün Türkiyə ilə səfərdə qarşılaşacaq.

İdman.Biz