İngiltərə ilk 20 dəqiqədə vurduğu qollarla Uelsi məğlub edib - VİDEO

Xəbərlər
10 Oktyabr 2025 01:17
33
İngiltərə ilk 20 dəqiqədə vurduğu qollarla Uelsi məğlub edib - VİDEO

İngiltərə və Uels yığmaları arasında yoldaşlıq görüşü keçirilib.

İdman.Biz bildirir ki, komandalar Londondakı “Uembli” stadionunda qarşılaşıblar. Meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

Hesabı üçüncü dəqiqədə yarımmüdafiəçi Morqan Rocers açıb. 11-ci dəqiqədə hücumçu Olli Uotkins komandasının üstünlüyünü artırıb. 20-ci dəqiqədə cinah hücumçusu Bukayo Saka üçüncü topu uelslilərin qapısından keçirib.

İngiltərənin növbəti oyunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Latviya ilə səfərdə olacaq. Qarşılaşma çərşənbə axşamı, oktyabrın 14-də baş tutacaq. Bir gün əvvəl Uels seçmə qrupda Belçikanı qəbul edəcək.

İdman.Biz