82 yaşlı qolkiper İtaliya tarixinin ən yaşlı futbolçusu oldu

Xəbərlər
8 Oktyabr 2025 22:53
31
82 yaşlı qolkiper İtaliya tarixinin ən yaşlı futbolçusu oldu

82 yaşlı qapıçı Lamberto Boranqa İtaliya tarixinin ən yaşlı futbolçusu olub.

İdman.biz -in məlumatına görə, veteran “Trevana”nın heyətində 7-ci divizionda “Folinyo” ilə matçda çıxış edib.

Oyun “Trevana”nın 10-0 məğlubiyyəti ilə başa çatıb, Boranqa beş qol buraxıb və matçın ortasında əvəz edilib.

Təcrübəli qolkiper matçdan sonra heç bir məyusluq hissi keçirmədiyini deyib: “İki səhv etdim, amma üç-dörd yaxşı qurtarış elədim”.

Lamberto Boranqa 1966-1985-ci illərdə peşəkar səviyyədə oynayıb, 423 oyun keçirib, onlardan 112-si A Seriyasında, ikisi isə UEFA Kubokunda (indiki Avropa Liqası) olub.

O, karyerası ərzində Braziliya millisinin hazırkı baş məşqçisi Karlo Ançelotti ilə eyni klubda oynayıb, hər ikisi 1978/79 mövsümündə “Parma”nın şərəfini qoruyublar.

İdman.biz