İspaniya Futbol Federasiyası Yamalın zədəsi ilə bağlı açıqlama yayıb

Xəbərlər
4 Oktyabr 2025 08:12
23
İspaniya Futbol Federasiyası Yamalın zədəsi ilə bağlı açıqlama yayıb

İspaniya Kral Futbol Federasiyası (RFEF) “Barselona”nın hücumçusu Lamin Yamalın zədə səbəbindən 2026-cı il dünya çempionatının seçmə mərhələsində Gürcüstan və Bolqarıstana qarşı keçiriləcək İspaniya milli komandasının heyətindən çıxarıldığını açıqlayıb.

İdman.biz bu barədə qurumuna rəsmi saytına istinadən məlumat verir.

Açıqlamada vurğulanıb ki, RFEF-in tibbi xidməti futbolçunun vəziyyəti ilə oktyabrın 2-də maraqlanıb. Oktyabrın 3-ü cümə günü səhər saatlarında “Barselona” futbolçunun qasıq nahiyəsində narahatlıq olduğunu bildirib. Lakin bu, millinin həmin oyunlar üçün heyəti açıqlanandan sonra açıqlanıb. Yamal indi tez sağalmaq üçün yığmadan ayrılır.

Kataloniya klubu bundan əvvəl forvardın narahatlığına görə 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlamışdı.

İdman.biz