“Barselona” Çempionlar Liqasının 2025/26 mövsümünün ikinci turunda PSJ-yə 2:1 hesabı ilə məğlub olub.
İdman.biz xəbər verir ki, kataloniyalılar bu turnirdə keçirdikləri son 5 matçdan yalnız birində qalib gəliblər.
Cari Çempionlar Liqasının ilk turunda “Barsa” “Nyukasl Yunayted”i 2:1 hesabı ilə məğlub edib. Əvvəlki mövsümün son üç oyununda “Barselona” yarımfinalda iki dəfə “İnter”lə qarşılaşıb (3-3, 3-4).
1/4 finalda isə “Borussiya Dortmund”a qarşı cavab oyununda 1:3 hesabı ilə məğlub olub. İlk oyunda İspaniya klubu 4-0 hesablı qələbə qazanb.
Kataloniyalılar növbəti turda oktyabrın 21-də Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaqlar.