Son dəqiqə qolu “Yuventus”un qələbəsinə mane olub - VİDEO

Xəbərlər
2 Oktyabr 2025 01:43
26
Son dəqiqə qolu “Yuventus”un qələbəsinə mane olub - VİDEO

Çempionlar Liqasının 2025/26 mövsümünün ikinci turunda “Vilyarreal” “Yuventus”u qonaq edib.

İdman.biz xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Hesabı 18-ci dəqiqədə ispan klubunun hücumçusu Jorj Mikautadze açıb. “Yuventus”un müdafiəçisi Federiko Qatti 49-cu dəqiqədə hesabı bərabərləşdirib. 56-cı dəqiqədə isə hücumçu Şiko Konseysao “Yuventus”u hesabda önə keçirib. 90-cı dəqiqədə “Vilyarreal”ın müdafiəçisi Renato Veyqa yekun hesabı 2-2 edib.

Çempionlar Liqasının ilk turunda italyanlar Dortmund “Borussiya”sı ilə 4:4 hesablı heç-heçə edib, “Vilyarreal”" isə London “Tottenhem”inə 0:1 hesabı ilə uduzublar.

Çempionlar Liqasının son qalibi Fransanın PSJ klubudur.

İdman.biz