Çempionlar Liqasının 2025/2026-cı il mövsümünün ikinci turunda “Barselona” öz meydançasında “Pari Sen-Jermen”i qəbul edib.
İdman.biz xəbər verir ki, oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəlib.
İlk qolu 19-cu dəqiqədə “Barselona”nın yarımmüdafiəçisi Ferran Torres vurub. PSJ-nin hücumçusu Senni Mayulu 38-ci dəqiqədə hesabı bərabərləşdirib. 90-cı dəqiqədə hücumçu Qonsalo Ramos parisliləri önə çıxararaq matçın yekun hesabını təyin edib.
Növbəti turda Kataloniya komandası Yunanıstanın “Olimpiakos”u ilə qarşılaşacaq. Fransa klubu isə Almaniyanın “Bayer”i ilə oynayacaq. Hər iki qarşılaşma oktyabrın 21-də baş tutacaq.
Cari Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Turnirin həlledici oyunu 2026-cı il mayın 30-da baş tutacaq.