İkinci turun oyunları öncəsi Çempionlar Liqasının favoritləri açıqlanıb

Xəbərlər
30 Sentyabr 2025 19:19
41
İkinci turun oyunları öncəsi Çempionlar Liqasının favoritləri açıqlanıb

“Opta Sport”un superkompüteri ümumi turnirin ikinci turunun oyunları öncəsi UEFA Çempionlar Liqasının favoritlərinin adını açıqlayıb.

İdman.biz-in məlumatına görə, superkompüter Çempionlar Liqasının qalibi olmaq şansının ən çox “Liverpul”da (18,2%) olduğunu proqnozlaşdırır. “Arsenal”ın (17,4%) və “Mançester Siti”nin (17,1%) şansları da yüksəkdir.

Çempionlar Liqasının hazırkı qalibi “Pari Sen-Jermen”dir.

Turnirin bu mövsümünün finalı Budapeştdəki “Puşkas Arena”da keçiriləcək. Yarışın həlledici qarşılaşması 2026-cı il mayın 30-da baş tutacaq.

İdman.biz