UEFA tərəfindən qərar qəbul edilsə belə, İsrail dünya çempionatının seçmə mərhələsində iştirakını davam etdirəcək.
İdman.biz xəbər verir ki, daha əvvəl UEFA-nın icraiyyə komitəsi üzvlərinin “böyük əksəriyyəti”nin İsrailin futbol yarışlarında iştirakının dayandırmasını dəstəkləyir. Qərar bu həftə veriləcək.
“The Guardian” yazır ki, əgər qərar verilsə, İsrail komandaları yalnız UEFA-nın idarə etdiyi yarışlardan kənarda qalacaq. Buna görə də İsrailin kişi və qadın milliləri bu mövsüm Millətlər Liqasından, “Makkabi Təl-Əviv” isə Avropa Liqasından diskvalifikasiya olunacaq. Bununla belə, Avropa futbolunun rəhbər orqanı İsraili 2026-cı il Dünya Çempionatının seçmə mərhələsindən kənarlaşdırmağa çalışmayacaq. Turnir FİFA-nın himayəsi altında keçirilir və İsralin birtərəfli şəkildə bu turnirdən kənarlaşdırıması “siyasi baxımdan çətin” qərar olardı.
İsrail hazırda DÇ-2026-nın seçmə mərhələsinin I qrupunda 5 oyundan 9 xalla üçüncü pillədə qərarlaşıb. Qarşıdan gələn beynəlxalq fasilədə komandanın İtaliya və Norveç yığmaları ilə qarşılaşması planlaşdırılır.