Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində İngiltərədə keçiriləcək “Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.
İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisi rəsmi məlumat yayıb.
Azərbaycanlı azarkeşlər üçün ayrılan vauçerlər iTicket.az saytı vasitəsilə satışdadır. Biletlərin qiyməti 115 manatdır.
Bildirilib ki, vauçerlər ilkin olaraq iTicket.az platformasından əldə olunacaq və oyun gününə qədər göstərilən e-mail ünvanına göndəriləcək.
Matçın keçiriləcəyi “Enfild” stadionunda “Qarabağ” azarkeşləri üçün ümumilikdə 1250 yer ayrılıb. Təhlükəsizlik məqsədilə stadiona yalnız A5 ölçüsünü (148,5 × 210 millimetr) keçməyən əl çantası ilə girişə icazə veriləcək.
Qeyd edək ki, yanvarın 28-dən 29-na keçən gecə təşkil olunacaq “Liverpul” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
