“Difai” klubu təcrübəli futbolçusu ilə vidalaşıb

Xəbərlər
9 Yanvar 2026 15:50
46
“Difai” klubu təcrübəli futbolçusu ilə vidalaşıb

Azərbaycanın Birinci Liqa təmsilçisi “Difai” təcrübəli futbolçusu Roman Hüseynovla yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Difai” Futbol Klubu məlumat yayıb.

28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

R.Hüseynov cari mövsümün əvvəlindən paytaxt təmsilçisinin heyətində çıxış edirdi.

İdman.Biz