Saşa İliç: “Belə matçlarda nəticənin əhəmiyyəti yoxdur”

Xəbərlər
10 Yanvar 2026 00:25
55
Saşa İliç: “Belə matçlarda nəticənin əhəmiyyəti yoxdur”

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Türkiyədə təlim-məşq toplanışının ilk yoldaşlıq oyununda Macarıstanın “Pakş” klubuna (1:5) məğlubiyyəti ilə bağlı şərh verib.

İdman.Biz-in məlumatına görə, məşqçi bu cür oyunlarda yekun hesabın əsas amil olmadığını vurğulayıb.

“Bu kimi matçlarda nəticə vacib deyil. Yoldaşlıq oyunlarındakı hesab bizi narahat etmir. Meydanda kifayət qədər gənc oyunçu var idi. Buraxılan qollar əsasən fərdi səhvlərin nəticəsi idi. Bunun üzərində işləyəcəyik”, - deyə İliç bildirib.

Məşqçi həmçinin komandanın hazırkı hazırlıq səviyyəsinə də toxunub.

“Biz cəmi dörd-beş gündür məşq edirik. Gənc oyunçuların təcrübəyə ehtiyacı var və biz onlara bu imkanı veririk. Bəzi əcnəbi oyunçular düşərgəyə daha sonra qoşulublar, ona görə də onların optimal formasından danışmaq hələ tezdir”, - deyə “Sumqayıt”ın məşqçisi qeyd edib.

İdman.Biz