İspaniyanın “Barselona” komandasının baş məşqçilər üzrə çoxqollu oyun göstəriciləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, almaniyalı məşqçi Hansi Flikin rəhbərliyi altında “Barselona” keçirdiyi 87 oyunun 15-də beş və ya daha çox qol vurub.
Bununla müqayisədə, Xavi Hernandezin dövründə komanda 143 oyunun cəmi beş oyunda beş və ya daha çox qol vurmağa nail olub.
Statistika göstərir ki, “Barselona” Flikin dövründə daha məhsuldar hücum oyunu sərgiləyir və daha tez-tez çoxlu qol vurur.
