Ruben Amorim: “Öz oyunumuzu oynaya bilmədik”

Xəbərlər
27 Sentyabr 2025 21:41
30
Ruben Amorim: “Öz oyunumuzu oynaya bilmədik”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “Brentford”la oyunu şərh edib.

İdman.biz bildirir ki, qarşılaşma 3:1 hesabı ilə “Brentford”un xeyrinə bitib.

“Əlbəttə, qalib gəlmək istəyirik. Oyuna nəzarət edə bilmədik. “Brentford”un təklif etdiyi futbolu oynadıq. Yenidən məğlub olmaq ağırıdr, amma növbəti matç haqqında düşünməliyik.

Biz öz oyunumuzu oynamadıq. Yalnız bəzi məqamlarda oyuna nəzarət etdik. Amma ümumilikdə, oyun bərabər keçdi”, - “Mançester Yunayted”in baş məşqçisi deyib.

İdman.biz