“Həll etməli olduğumuz bəzi şeylər var” – Tyorbyorn Heggemin İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

1 İyul 2026 02:33
109
“Həll etməli olduğumuz bəzi şeylər var” – Tyorbyorn Heggemin İDMAN.BİZ-ə AÇIQLAMASI

“Bütün 90 dəqiqə ərzində yaxşı oynadıq. Ən möhtəşəm oyun deyildi, amma çox çətin idi. Rəqiblərimiz mütəşəkkil idilər; onlar həqiqətən yaxşı komandadırlar. Əsl mübarizə idi. İndi istirahət etməli, bərpa olmalı və Braziliya ilə oyuna hazır olmalıyıq”.

Bu sözləri Norveç millisinin oyunçusu Torbyorn Heggem İdman.Biz-ə DÇ-2026-da Kot-d’İvuarla 1/16 final matçını (2:1) dəyərləndirərkən deyib.

“Əlbəttə ki, həll etməli olduğumuz bəzi şeylər var. Amma hazırda nə etməli olduğumuzu dəqiq deyə bilmərəm. Hər şeyi təhlil etməliyik, amma hələlik bu matçda qalib gəldiyimiz üçün çox xoşbəxtik”, - Heggem bildirib.

Norveç 1/8 finalda Braziliya ilə qarşılaşacaq.

İdman.Biz