Braziliya futbol millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026 ilə bağlı iddialı açıqlama verib.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis komandasının turnirdə uğurlu çıxış edəcəyinə inandığını bildirib.
“Bu, bizim üçün çox yaxşı dünya çempionatı ola bilər. Özümə güvənirəm, xoşbəxtəm”, - deyə Ançelotti qeyd edib.
66 yaşlı baş məşqçi Braziliyanın böyük potensiala malik olduğunu vurğulayıb. O, komandasının istedadlı futbolçulardan qurulduğunu və ölkənin 24 illik dünya çempionluğu həsrətinə son qoymaq üçün böyük motivasiyaya sahib olduğunu deyib.
