Klopp Türkiyənin mundial fiaskosunun səbəbini açıqladı

21 İyun 2026 14:32
93
Klopp Türkiyənin mundial fiaskosunun səbəbini açıqladı

Almaniyalı məşqçi Yurgen Klopp Türkiyə millisinin DÇ-2026-da qrupdan çıxa bilməməsinə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Magenta TV-də ekspert kimi çıxış edən mütəxəssis Türkiyənin uğursuzluğunun istəksizliklə bağlı olmadığını deyib. Onun sözlərinə görə, komanda həddən artıq böyük təzyiq altında oynayıb və bu, meydandakı balansı pozub.

“Bu illər ərzində çoxlu türkiyəli dostlarım olub və onların indi nə qədər məyus olduqlarını yaxşı anlayıram. Türkiyə turnirə böyük həvəslə başladı. Amma baş verənlər belə güclü komandanın böyük turnirlərdə niyə bəzən məqsədinə çata bilmədiyinin açıq nümunəsidir”, - deyə Klopp bildirib.

O vurğulayıb ki, Türkiyə futbolçuları qələbəni çox istəsələr də, bu istək komandanı taktiki plandan uzaqlaşdırıb.

“Onlar qələbəni o qədər çox istəyirdilər ki, hücum zamanı balansı və müdafiədə təhlükəsizliyi tam unutdular. Nəticədə turnirin əvvəlindəki oyunlarından uzaqlaşdılar və güclü psixoloji təzyiq altında artıq özləri ola bilmədilər”, - deyə almaniyalı mütəxəssis əlavə edib.

Qeyd edək ki, Türkiyə millisi D qrupunda Avstraliyaya 0:2, Paraqvaya isə 0:1 hesabı ilə uduzub. Komanda son turdan əvvəl pley-off şansını itirib.

İdman.Biz