Xanımından zədələnən Rafinya barədə təsirli paylaşım - FOTO

21 İyun 2026 13:34
126
Xanımından zədələnən Rafinya barədə təsirli paylaşım - FOTO

Braziliya millisinin futbolçusu Rafinya DÇ-2026-da Haiti ilə oyunda zədələnib.

İdman.Biz xəbər verir ki, “Barselona”nın vingeri 3:0 hesabı ilə başa çatan qarşılaşmanın 40-cı dəqiqəsində əvəzlənməsini istəyib və meydanı tərk edib. Onun dizaltı vətərində təkrar zədə aldığı bildirilir.

Futbolçunun xanımı Nataliya Belloli sosial şəbəkədə paylaşım edərək Rafinyaya dəstək olub. O, həyat yoldaşının xarakterini, intizamını və Braziliya millisinə bağlılığını yaxşı bildiyini yazıb.

“Siz futbolçu görürsünüz, mən isə insan. Səninlə çox fəxr edirəm, sevgilim. Çünki sən yorulmaz və məğlubedilməzsən. Sən həmişə olduğu kimi yenidən qayıdacaqsan”, - deyə Belloli bildirib.

Braziliya Futbol Konfederasiyası Rafinyanın sağ budunun arxa nahiyəsində əzələ zədəsi aşkarladığını təsdiqləyib. Onun turnirin qalan hissəsində oynayıb-oynamayacağı hələ dəqiq bilinmir.

İdman.Biz