Yamal: “Turnirdə 16 qol vurub yarımfinalda dayana bilərsən”

21 İyun 2026 13:08
104
Yamal: “Turnirdə 16 qol vurub yarımfinalda dayana bilərsən”

İspaniya millisinin futbolçusu Lamin Yamal DÇ-2026-da şəxsi statistika ilə bağlı sualı cavablandırıb.

İdman.Biz xəbər verir ki, 18 yaşlı vinger qol sayını əsas hədəf saymadığını bildirib. O, Kilian Mbappe, Lionel Messi və digər ulduzlarla müqayisələrə də münasibət bildirib.

“Neçə qol vuracağım məni maraqlandırmır. Buna aludə olmuram. Əvvəla, onların hamısı məndən ən azı 10 yaş böyükdür, mənim oyun tərzim də fərqlidir. Mən yalnız qalib gəlmək istəyirəm”, - deyə Yamal bildirib.

“Barselona”nın futbolçusu turnirdə çox qol vurmağın hər zaman əsas nəticə anlamına gəlmədiyini də vurğulayıb.

“Turnirdə 16 qol vura bilərsən, amma yarımfinalda mübarizəni dayandıra bilərsən. Mən bunu istəmirəm. Qalib gəlmək istəyirəm”, - deyə o əlavə edib.

İdman.Biz