Çalhanoğlunun xanımı kapitanı müdafiə etdi

21 İyun 2026 14:19
109
Çalhanoğlunun xanımı kapitanı müdafiə etdi

Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu DÇ-2026-dakı uğursuz çıxışdan sonra tənqidlərin hədəfinə çevrilib.

İdman.Biz xəbər verir ki, futbolçunun xanımı Sinem Çalhanoğlu sosial şəbəkədə paylaşım edərək kapitanı müdafiə edib. O, sonradan sildiyi paylaşımda azarkeşlərin əvvəlki uğurları tez unutduğunu vurğulayıb.

“Nə tez unutdunuz... Dünya çempionatına gələndə də kapitanımız o idi, bu gün mübarizəni dayandıranda da. Bu gün tənqid etdiyiniz kapitan dünən qürur duyduğunuz həmin insandır”, - deyə Sinem yazıb.

O bildirib ki, Türkiyəni mundialın final mərhələsinə daşıyan heyətin mübarizəsi və xarakteri dəyişməyib. Sinem Çalhanoğlu azarkeşlərin münasibətinin nəticəyə görə dəyişdiyini qeyd edib.

“Nə kapitanın mübarizəsi, nə də bu komandanın xarakteri dəyişdi. Dəyişən yalnız sizin baxışınızdır. Dünən alqışladıqlarınızı bu gün günahlandırmaq futbolu yox, nəticəni sevməkdir”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Türkiyə millisi D qrupunda ilk iki oyunda Avstraliyaya 0:2, Paraqvaya isə 0:1 hesabı ilə uduzub. Komanda pley-off şansını itirsə də, qrup mərhələsinin son turunda ABŞ yığması ilə qarşılaşacaq.

İdman.Biz