Əlcəzair Futbol Federasiyası Argentina ilə oyunda hakimlikdən şikayət edib

19 İyun 2026 23:19
111
Əlcəzair Futbol Federasiyası Argentina ilə oyunda hakimlikdən şikayət edib

Əlcəzair Futbol Federasiyası 2026-cı il dünya çempionatında Əlcəzair və Argentina arasında keçirilən matçda polşalı hakim Şimon Marsinyakın səhvləri ilə bağlı FİFA-ya şikayət ərizəsi təqdim edib.

İdman.Biz bu barədə TSA-ya istinadən bildirir.

Şikayətində federasiya Argentinalı oyunçuların cəzasız qaldığı iki ciddi qayda pozuntusuna istinad edib. Birincisi, Argentina hücumçusu Lionel Messinin 31-ci dəqiqədə Əlcəzair müdafiəçisi Aissa Mandinin baldırına zərbə endirməsi olub. Açıq-aşkar zərbəyə baxmayaraq, Marsinyak sarı vərəqə belə göstərməyib.

İkinci hakim səhvi 74-cü dəqiqədə argentinalı yarımmüdafiəçi Aleksis Makalisterin Əlcəzair yarımmüdafiəçisi İbrahim Mazanın üzünə dirsəyini endirməsi olub. Əlcəzairli yerə yıxılıb, lakin penalti təyin edilməyib.

17 iyunda keçirilən matç 3:0 hesabı ilə Argentinanın xeyrinə başa çatıb. Komandanın kapitanı Lionel Messi 17, 60 və 76-cı dəqiqələrdə qol vuraraq het-trik edib. 2026-cı il dünya çempionatı qrup mərhələsinin birinci turunun nəticələrinə əsasən, J qrupunda Argentina və Əlcəzair müvafiq olaraq birinci və dördüncü yerləri tuturlar.

İdman.Biz