Mbappe Fransa millisinin ən məhsuldar bombardiridir

17 İyun 2026 01:25
83
Mbappe Fransa millisinin ən məhsuldar bombardiridir

Fransa yığmasının hücumçusu Kilian Mbappe milli komandanın bütün zamanların ən çox qol vuran oyunçusu olub.

İdman.Biz bildirir ki, bu, Fransa komandasının Seneqalı məğlub etdiyi (3:1) 2026-cı il dünya çempionatının I qrupunun ilk oyununda baş verib. Komandalar ABŞ-ın İst-Raterford şəhərindəki “Metlife” stadionunda oynayıblar.

Mbappe milli komandada 99-cu oyununda 57-ci və 58-ci qollarını vurub. O, 66-cı və 90+6-cı dəqiqələrdə fərqlənib. Olivye Jiru milli komandada 57 qol vurub.

I qrupunda Fransa millisi 23 iyunda İraq, 26 iyunda isə Norveçlə qarşılaşacaq.

İdman.Biz