DÇ-2026 öncəsi Meksikada minlərlə müəllim maaşa görə etiraza qalxdı - VİDEO

10 İyun 2026 14:39
79
DÇ-2026 öncəsi Meksikada minlərlə müəllim maaşa görə etiraza qalxdı - VİDEO

DÇ-2026-nın açılış mərasimi və ilk oyunu ərəfəsində Meksikanın paytaxtı Mexikoda gərginlik yaşanıb.

İdman.Biz xəbər verir ki, minlərlə etirazçı “Azteka” stadionuna gedən yolları bağlayıb. Məhz bu arenada dünya çempionatının açılış mərasimi və ilk matçı keçiriləcək.

Məlumata görə, aksiyalar ötən həftədən etibarən təhsil işçiləri həmkarlar ittifaqı tərəfindən təşkil olunur. Etirazçılar əməkhaqlarının artırılmasını və pensiya islahatı ilə bağlı qanunun ləğvini tələb edirlər.

Meksika hakimiyyəti mundialın startı zamanı paytaxtda nəqliyyat sıxlığını azaltmaq və təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirlər görür.

Qeyd edək ki, DÇ-2026-nın açılış matçı iyunun 11-də “Azteka” stadionunda keçiriləcək.

İdman.Biz