Jalə Məsimovadan mövsümün yekunu ilə bağlı paylaşım

Xəbərlər
6 May 2025 23:24
30
Jalə Məsimovadan mövsümün yekunu ilə bağlı paylaşım

Türkiyənin "Amed" klubunda çıxış edən Azərbaycan qadınlardan ibarət futbol yığmasının futbolçusu Jalə Məsimova başa çatan mövsümlə bağlı təəssüratlarını bölüşüb.

idman.biz xəbər verir ki, 28 yaşlı oyunçu sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

Məsimova paylaşımda bunları yazıb: "2024/2025 mövsümünün sonuna gəldik. Komanda yoldaşlarıma, məşqçilərimə və baş məşqçimiz Cahit Akına təşəkkür etmək istəyirəm. Bu uzun mövsümdə yaxşı və pis günlərimiz oldu. Yeni mövsümdə hamınızı gözləyirik. Hələlik".

Qeyd edək ki, "Amed" 23 xalla mövsümü 10-cu pillədə başa vurub.

İdman.biz