Qadınlar arasında Çempionlar Liqası: “Barselona” yenə “Real”ı darmadağın edib

2 Aprel 2026 22:58
170
Qadınlar arasında Çempionlar Liqası: “Barselona” yenə “Real”ı darmadağın edib

Qadınlar arasında Çempionlar Liqasının dörddəbir finalının “Barselona” və “Real Madrid” komandaları arasında keçirilən ikinci oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, matç Barselonadakı “Spotify Camp Nou” stadionunda baş tutub. Kataloniya komandası oyunu 6:0 hesabı ilə qazanıb.

“Barselona”nın yarımmüdafiəçisi Aleksia Putellas səkkizinci dəqiqədə hesabı açıb. 15-ci dəqiqədə hücumçu Karolin Qrem Hansen “blauqrana”nın üstünlüyünü artırıb. 27-ci dəqiqədə İren Paredes hesabı 3:0 edib. 34-cü dəqiqədə hücumçu Eva Payor Kataloniya komandasının dördüncü qolunu vurub. İkinci hissənin 55-ci dəqiqəsində Karolin Qrem Hansen dubl edib. 74-cü dəqiqədə Esme Bruqts hesabı 6:0 edib.

“Barselona” ilk oyunda 6:2 hesabı ilə qalib gəlib.

Beləliklə, “Barselona” Çempionlar Liqasının yarımfinalına çıxıb və orada “Bavariya” ilə qarşılaşacaq.

İdman.Biz