Qadınlar arasında Çempionlar Liqası: “Bavariya” və “Arsenal” yarımfinalda - YENİLƏNİB

2 Aprel 2026 00:58
161
Qadınlar arasında Çempionlar Liqası: “Bavariya” və “Arsenal” yarımfinalda

Qadınlar arasında UEFA Çempionlar Liqasının dörddəbir finalının cavab oyunları keçirilir.

İdman.Biz bildirir ki, “Çelsi” öz meydançasında “Arsenal”i qəbul edib.

Matç 1:0 hesabı ilə “Çelsi”nin xeyrinə qurtarıb.

Yeganə qolu 90+4-cü dəqiqədə Şöke Nyusken vurub.

İlk oyunda 3:1 hesabı ilə qalib gələn “Arsenal” yarımfinala çıxıb.

23:27

Qadınlar arasında UEFA Çempionlar Liqasının dörddəbir finalının cavab oyunları keçirilir.

İdman.Biz bildirir ki, “Bavariya” öz meydançasında “Mançester Yunayted”i qəbul edib.

Matç 2:1 hesabı ilə Almaniya klubunun xeyrinə qurtarıb.

Hesabı 11-ci dəqiqədə qonaqlardan Melvin Malar açıb. 81-ci dəqiqədə Qloudis Perla Viqqousdottir hesabı bərabərləşdirib. Üç dəqiqə sonra isə Linda Dallmann meydan sahibi komandanın qələbə qolunu vurub.

İlk oyunda 3:2 hesabı ilə qələbə qazanan “Bavariya” adını yarımfinala yazdırıb.

İdman.Biz