Sevinc Cəfərzadə və Nigar Mirzəliyeva millidə 50-ci oyunlarını keçirdilər

4 Mart 2026 00:16
144
Sevinc Cəfərzadə və Nigar Mirzəliyeva millidə 50-ci oyunlarını keçirdilər

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatı – 2027-nin seçmə mərhələsində Şimali Makedoniya ilə qarşılaşıb.

İdman.Biz bildirir ki, oyun 2:0 hesabı ilə millimizin xeyrinə bitib.

Millimizin heyətində 50 oyun keçirmiş Nigar Mirzəliyeva və Sevinc Cəfərzadəyə Şimali Makedoniya ilə qarşılaşmadan əvvəl AFFA adından xatirə olaraq millinin rəsmi forması verilib.

Yubilyarlara hədiyyəni AFFA-nın baş katibi Cahangir Fərəcullayev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.

İdman.Biz