İkiqat olimpiya çempionu özünü aktyorluqda sınayacaq

Xəbərlər
24 Sentyabr 2025 06:19
68
İkiqat olimpiya çempionu özünü aktyorluqda sınayacaq

Hokkeyçi, ikiqat olimpiya çempionu və üçqat Stenli Kubokunun qalibi Vyaçeslav Fetisov sentyabrın 26-da Moskvadakı "Xamovniki" teatrında Mixail Barşevskinin “Qeyri-format” tamaşasında aktyorluq debütünü edəcək.

İdman.biz bildirir ki, bu barədə tədbirlə bağlı press-relizdə məlumat verilib.

Quruluşun unikallığı ondadır ki, elan edilmiş aktyor heyətindən əlavə, “gizli qonaq” - Fetisov da var. Əvvəllər bu qonaq qismində müğənnilər Nikolay Baskov, Larisa Dolina və Qarik Sukaçov da olublar.

Fetisovun həmçinin yeddiqat dünya çempionu və doqquzqat Avropa çempionu titulları da var.

İdman.biz