Mahir Emreli meydanlara nə vaxt qayıdacaq? - VİDEO

27 Dekabr 2025 16:20
415
Mahir Emreli meydanlara nə vaxt qayıdacaq?

Bir müddətdir zədəli olan Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin meydanlara nə vaxt qayıdacağı məlum olub.

O, ağrısı olsa da, meydanda olacağını deyib.

“Yanvarında 18-nə qədər hazır olmalıyam. Ən pis halda bu tarixdən iki həftə sonra tam hazır vəziyyətə gələcəyəm”, - deyə 28 yaşlı futbolçu offsideplus.az-a açıqlamasında deyib.

Qeyd edək ki, M.Emreli bu ilin yayından etibarən “Kayzerslautern”də çıxış edir. Bundesliqa 2-də hazırda qış fasiləsidir. “Qırmızı şeytanlar”ın növbəti oyunu yanvarın 18-nə təsadüf edəcək.

İdman.Biz