“Araz-Naxçıvan”dan ayrılan futbolçu Qara Qarayev seçim ərəfəsindədir. Belə ki, təcrübəli yarımmüdafiəçi gələcəyi ilə bağlı qərar verməyə çalışır.
İdman.Biz Futbolinfo.az-a istinadən xəbər verir ki, uzun illər “Qarabağ”ın şərəfini qoruduqdan sonra “Neftçi”yə keçən, lakin burada istədiyi kimi oynamağı bacarmayan Qara Qarayev, Naxçıvan təmsilçisində də uğurlu çıxışı ilə yadda qalmadı.
İddia olunur ki, karyerasının qürubda olduğunu anlayan yarımmüdafiəçi yeni klub axtarır. “Sumqayıt”ın favorit olduğu siyahıda digər bir neçə klub da var ki, Q.Qarayevə müqavilə təklif edib. Lakin futbolçu hələlik yekun söz deməyib.
Digər bir iddia isə Qara Qarayevin tezliklə məşqçiliyə başlayacağı ilə bağlıdır. Qeyd olunur ki, Q.Qarayev oynamaqla yanaşı məşqçiliyin sirrlərini də öyrənəcək.
