Əməkdar məşqçi Alla Puqaçovanın müdafiəsinə qalxıb: "Heç kimin haqqı yoxdur..."

Xəbərlər
13 Sentyabr 2025 06:15
162
Əməkdar məşqçi Alla Puqaçovanın müdafiəsinə qalxıb: "Heç kimin haqqı yoxdur..."

Fiqurlu konkisürmə üzrə rusiyalı əməkdar məşqçi Tatyana Tarasova müğənni Alla Puqaçovanı müdafiə edib.

İdman.biz bildirir ki Tarasova ölkəni tərk etmək qərarına görə sənətçini qınamağın düzgün olmadığını deyib.

"Kimin Puqaçovanı qınamağa və ya müzakirə etməyə haqqı var? Harada yaşayıb işləyəcəyinə hər kəs özü qərar verir. Alla Borisovna ölkəmiz üçün əlamətdar şəxsdir, onun əhəmiyyəti onun istedadındadır. Mən onu və onun işini sevirəm", - deyə Tarasova bildirib.

Alla Puqaçova Ukrayna ilə hərbi münaqişə başlayandan sonra Rusiyanı tərk edib. Müğənni əri və uşaqları ilə birlikdə İsrailə, sonra isə ailənin hazırda yaşadığı Kiprə köçüb.

İdman.biz