Emin Ağalarov: “Jilina artıq iki ildir kənarda qalıb və Olimpiadada iştirak imkanını qaçırmasını istəmərik”

Xəbərlər
20 İyun 2025 15:15
39
Emin Ağalarov: “Jilina artıq iki ildir kənarda qalıb və Olimpiadada iştirak imkanını qaçırmasını istəmərik”

“Veronika Jilina artıq ölkəmizin rezidentidir. Onun özü də Azərbaycanı təmsil etmək istəyir – bunu dəqiq bilirəm".

İdman.biz “RIA Novosti Sport”a istinadən xəbər verir ki, bu sözləri Emin Ağalarov rusiyalı fiqurlu konkisürən Veronika Jilinanın idman vətəndaşlığını dəyişmək və beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək istəməsi ilə bağlı yaranan vəziyyətə münasibət bildirərkən deyib.

Məşhur azərbaycanlı iş adamı amma prosesin reallaşması ilə bağlı müəyyən çətinliklərin olduğunu dilə gətirib: "Təəssüf ki, idmançı təxminən iki ildir kənarda qalıb və onun Olimpiadada iştirak imkanını qaçırmasını istəmərik. Onun həqiqətən peşəkar olduğuna əminəm. Amma ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun fikirlərinə daha çox güvənirəm. O, Veronikanın məşqçisi olub və onun uğuruna inanır.”

Qeyd edək ki, daha əvvəl Rusiya Fiqurlu Konkisürmə Federasiyası (FFKKR) Veronika Jilinanın təmsil etdiyi ölkəni dəyişməsinə icazə verməyib. Bununla belə, Beynəlxalq Konkisürmə İttifaqı (ISU) onun məsələsinə iyulun 4-5-də baxa bilər.

İdman.biz