Beynəlxalq Konkisürmə İttifaqının (ISU) Şurası rusiyalı fiqurlu konkisürən Veronika Jilinaya Azərbaycan yığmasında çıxış etməsinə yaşıl işıq yandıra bilər.
İdman.biz xəbər verir ki, qurum Rusiya Fiqurlu Konkisürmə Federasiyasının idmançının gələcəyi ilə bağlı məsələni iyunun 4-5-də keçiriləcək iclasda müzakirə edəcək.
Qonşu ölkə federasiyası17 yaşlı idmançının Azərbaycan pasportu almasına baxmayaraq, onu idman vətəndaşlığını dəyişməsinə icazədən imtina edib. Azərbaycan Qış İdmanları Federasiyası məsələ ilə bağlı vəkil tutub və onun dəstəyi ilə Jilinanın yığmamıza keçidi üçün ISU-ya müraciət edib. Hətta Veronika Rusiya komandasının tərkibindəki hazırlıq üçün çəkilən xərclərə görə q milyon rubl ödəyib.
İSU müsbət qərar verərsə, Jilina beynəlxalq yarışlarda Azərbaycan komandasının heyətində çıxış edəcək. Əldə olunacaq xüsusi sertifikat sayəsində fiqurli konkisürən bu ilin payızında Pekində keçiriləcək 2026-cı il Olimpiya Oyunlarının seçmə turnirində iştirak yarışmaq hüququ qazanacaq.
İdman.biz