Azərbaycan çempionu qəzada həlak olub

Xəbərlər
31 Yanvar 2025 10:01
99
Azərbaycan çempionu qəzada həlak olub

Azərbaycan millisinin sabiq fiqurlu konkisürəni Aleksandr Kirsanov ABŞ-da qəzaya uğrayan təyyarədə həlak olub.

İdman.biz xəbər verir ki, bunu onun həyat yoldaşı Natalya Qudina açıqlayıb.

O bildirib ki, hər şeyini itirib: “Mən hər şeyimi, həyat yoldaşımı, şagirdlərimi, dostlarımı itirdim".

Kirsanov buz üzərində rəqslərdə çıxış edib. O, Rusiya, Azərbaycan və ABŞ millilərinin şərəfini qoruyub.

Qeyd edək ki, Kirsanov 1999/2000 mövsümündə Azərbaycan çempionu adını qazanıb.

İdman.biz