Azərbaycanda beynəlxalq xizək alpinizmi yarışı keçirilir - FOTO

Xəbərlər
9 Mart 2024 10:49
Azərbaycanda beynəlxalq xizək alpinizmi yarışı keçirilir - FOTO

Azərbaycanda beynəlxalq xizək alpinizmi yarışına start verilib.

İdman.biz xəbər verir ki, turnir Beynəlxalq Xizək Alpinizm Federasiyasının (International Ski Mountaineering Federation-ISMF) Qış idman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Yarışda 11 ölkənin 55 idmançısı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Qış İdman Növləri Federasiyasının rəsmiləri iştirak edirlər.

İdman.biz

Məqalədə: