Plyuşşenko Batumidə 11-ci yeri tutub

24 Sentyabr 2026 21:08
83
Plyuşşenko Batumidə 11-ci yeri tutub

Azərbaycan fiqurlu konkisürəni Aleksandr Plyuşşenko Gürcüstanın Batumi şəhərində keçirilən gənclər arasında Qran-prinin beşinci mərhələsində qısa proqramdan sonra 11-ci yeri tutub.

İdman.Biz xəbər verir ki, 13 yaşlı idmançı çıxışına görə 62,49 xal toplayıb.

Yaponiyadan Sena Takahasi 86,19 xalla birinci, İsveçrədən Ean Vayler 81,17 xalla ikinci, Belçikadan Denis Kruqlov isə 77,24 xalla üçüncü olub.

Fiqurlu konkisürənlər sərbəst proqramı sentyabrın 25-də təqdim edəcəklər.

Qeyd edək ki, Batumidəki turnirdə 26 idmançı iştirak edir.

İdman.Biz